“Əsrin fəlakəti” adlandırılan Türkiyənin Kahramanmaraş şəhərində baş verən dəhşətli zəlzələdən sonra ərazidə geniş tikinti işlərinə başlanılıb.
QAZİLER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, cari ilin sonunadək 9 min 800 daimi yaşayış yerinin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir.
“Türkiyə bir ürək” kampaniyası çərçivəsində 127 kvadratmetrlik birmərtəbəli evlərin, yerüstü olaraq planlaşdırılan TOKİ rezidensiyalarının tikintisi davam etdirilir.
Kahramanmaraş valisi Mükerrem Ünlüer deyib ki, fəlakət qurbanları hər bir detalı nəzərə alınmaqla müasir üsulla tikilən yaşayış evlərinə təhlükəsiz şəkildə yerləşdiriləcək. Hazırda TOKİ kanalımızda 20 min yaşayış binasının tikintisi davam edir. Onların 10 minə yaxını kənd yerlərindədir.
O qeyd edib ki, digər iqamətgahlar 2024-cü ilin iyun ayına kimi tamamlanacaq.