Gürcüstanda səs-küy normalarını aşmağa görə cərimələr artırılıb

Gürcüstanda səs-küy normalarını aşmağa görə cərimələr artırılıb backend

Gürcüstanda yaşayış binasında, xüsusi mülkiyyətdə və ya ictimai yerlərdə icazə verilən akustik səs-küy standartlarını aşmağa görə cərimələr artır.

Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, bununla bağlı dövlətin İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Qəbul edilmiş dəyişikliklərə əsasən, akustik səs-küy standartlarının ilk dəfə pozulması fiziki şəxslər üçün 150 lari, hüquqi şəxslər üçün isə 500 lari məbləğində cərimə ilə nəticələnəcək.

Təkrar qayda pozuntusuna görə cərimə fiziki şəxslər üçün 500 lari, hüquqi şəxslər üçün 5000 lari olacaq.

QAZİLER.AZ

Diaspora