Putin Kadırova: "Yerli komandirlər çeçen döyüşçülərə arxayındır" - VİDEO

Putin Kadırova: "Yerli komandirlər çeçen döyüşçülərə arxayındır" - VİDEO backend

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 28-də Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin Donbasın müdafiəsi üçün xüsusi hərbi əməliyyatda iştirak edən, cəbhə xəttində qəhrəmancasına döyüşən Çeçenistandan olan döyüşçülərə ən xoş arzularını çatdırıb.

“Uşaqlara və onların ailələrinə ən xoş arzularımızı çatdırın. Bilirəm ki, siz şəxsən hər zaman bu məsələlərlə məşğul olursunuz, o cümlədən cəbhə xəttində döyüşən hərbçilərimizin ailələrinə dəstək olursunuz. Özünə inamlı, yaxşı, cəsarətli, qəhrəman...”, - deyə dövlət başçısı qeyd edib.

Prezident əlavə edib ki, yerli komandirlər çeçen döyüşçülərə arxayındır, onları ruhdan salmayacaqlarını bilirlər.

Kadırov təsdiqlədi ki, onun döyüşçüləri yaxşı əhval-ruhiyyədədir və onların bütün sualları və problemləri respublikada öz həllini tapır.

QAZİLER.AZ

Diaspora