Çeçenistan prezidenti Ramzan Kadırov oğlunun Quran yandıran şəxsi döyməsinin videosunu yayıb. Çeçenistan rəhbəri belə bir hərəkətlə fəxr etdiyini bildirib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Kadırov oğlunun "Quran"ı yandıran Juraveli döyməsinin videosunu yayıb
Çeçenistan rəhbəri Ramzan Kadırov etiraf edib ki, oğlu Adam Kadırov "Quran"ın yandırılması işində şübhəli şəxs qismində Qroznıda istintaq təcridxanasında saxlanılan Nikita Juraveli döyüb. Bu barədə o, Telegram kanalında yazıb. O, paylaşıma Adam Kadırovun Juraveli döydüyü videonu əlavə edib.
Videoda kamuflyaj geyinmiş gənc oturan Juravelə bir neçə zərbə, o cümlədən başına təpiklə vurur. Bundan sonra döyülən şəxs yerə yıxılsa da kiçik Kadırov onu döyməyə davam edir. Bu anda video çəkiliş başa çatır.
Kadırovun yayımladığı videonu kimin çəkdiyi məlum deyil.
Çeçenistan rəhbəri bildirib ki, o, Adam Kadırovun hərəkətlərini təqdir edir və onun "Quran"ın yandırılmasında şübhəli bilinən şəxsi döyməsi ilə fəxr edir.
QAZİLER.AZ