Avqustun 14-də Mahaçqalada baş vermiş partlayış nəticəsində daha bir nəfər həlak olub.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 25-də Mash Telegram kanalı məlumat yayıb.
Onun sözlərinə görə, ölənlərdən otuz altıncısı 19 yaşlı Tahir İsabəyovdur. O, təxminən ay yarım reanimasiyada qaldıqdan sonra Moskva xəstəxanalarından birində dünyasını dəyişib.
Gəncin zərərçəkənlərin xilas edilməsində iştirak etdiyi qeyd edilir.
QAZİLER.AZ