İranın erməni deputatı Azərbaycana böhtan atır: “Bakı Təbrizə, Tehran və Qəzvinə göz dikib”

İranın erməni deputatı Azərbaycana böhtan atır:  “Bakı Təbrizə, Tehran və Qəzvinə göz dikib” backend

İranın erməni deputatı Azərbaycana böhtan atıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, İsfahan ermənilərinin İran parlamentindəki nümayəndəsi Robert Beqlaryan dünən İslam Şurası Məclisinin açıq iclasında çıxış edərək, Azərbaycan əleyhinə qərəzli və həqiqətdən uzaq fikirlər səsləndirib.

O, dilə gətirdiyi ittihamlarla bağlı rejimin hakimiyyət orqanlarının münasibət bildirməsini ciddi şəkildə tələb edib. Eyni zamanda o, İran hakimiyyətini Azərbaycanın Qarabağdakı anti-terror tədbirlərinə qarşı biganə qalmamağa səsləyib:

“Bakı Təbrizə, İranın şimal-qərb əyalətlərinə, Tehran və Qəzvinə göz dikib”.

Diaspora