Fırıldaqçılar keçmiş DTK generalı və Yeltsinin baş mühafizəçisinin 13 milyon rublunu qarət ediblər.
Qaziler.az bildirir ki, bu barədə Mash xəbər verib.
Dələduzlar Rusiyanın birinci prezidenti Boris Yeltsini mühafizə edən keçmiş DTK generalı Aleksandr Sterliqovu qarət ediblər.
Mənbənin sözlərinə görə, keçmiş general telefon fırıldaqçıları tərəfindən aldadılıb.
Aldadılan keçmiş general bank hesabından fırıldaqçılara 1,6 milyon rubl göndərib.
Sterliqov cinayətkarlara digər bank xidmətlərindən də istifadə imkanı verib. Fırıldaqçılar Sterliqovdan ümumi məbləği təxminən 11 milyon rubl olan istiqrazları oğurlaya biliblər.
Maddi ziyanın ümumi məbləği təxminən 13 milyon rubl təşkil edib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
QAZİLER.AZ