Ankarada FETÖ əməliyyatı: 13 nəfər saxlanılıb

Ankarada FETÖ əməliyyatı: 13 nəfər saxlanılıb backend

Ankarada qaçaq FETÖ/PDY silahlı terror təşkilatı üzvlərinə qarşı aparılan axtarışlarda 13 şübhəli  saxlanılıb.

Qaziler.az bildirir ki, Ankara Respublika Baş Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən fərari FETÖ/PDY silahlı terror təşkilatı üzvlərinin tutulması istiqamətində aparılan işlər çərçivəsində 13 şübhəli saxlanılıb.

Haqqında aparılan istintaq/prokurorluq çərçivəsində axtarışda olan şübhəlilərin ələ keçməmək məqsədi ilə təşkilatın verdiyi təlimata uyğun olaraq tez-tez evlərini dəyişdikləri müəyyən edilib.

Əvvəllər dövlət qulluğundan uzaqlaşdırılan, “Görünməz ev” adlanan hücrə evlərdə gizləndiyi müəyyən edilən 16 şübhəlinin tutulması istiqamətində aparılan axtarışlar nəticəsində 13 nəfər tutularaq saxlanılıb.

Baş Prokurorluqdan verilən açıqlamada bildirilib ki, şübhəli şəxslərin aidiyyəti ədliyyə orqanlarına təhvil verilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

QAZİLER.AZ

Diaspora