Vurulan Rusiya raketlərinin qalıqları Kiyev vilayətinə düşüb. İşğalçıların hücumu nəticəsində xəstəxanaya və evlərə ziyan dəyib, xəsarət alan var.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun “Facebook” səhifəsində məlumat yayıb.
Prokurorluğun məlumatına görə, sentyabrın 21-də Rusiyanın hücumu nəticəsində yaşayış evlər, yardımçı tikililər, avtomobillər və xəstəxana binası zədələnib. Həmçinin müəssisənin ərazisinə raket qalıqları düşüb və orada yanğın başlayıb.
Bir nəfər yaralanıb və ayaqlarından qəlpə yaraları alıb.