İrəvanın mərkəzində etirazçılarla polis arasında toqquşma olub.
Qaziler.az bildirir ki, İrəvanın mərkəzində Ermənistan hökumətinin binası yaxınlığında etirazçılarla polis arasında toqquşma olub. Bu barədə “İnterfaks” xəbər verir.
Agentliyin müxbirinin verdiyi məlumata görə, qarşıdurma bir qrup etirazçının hökumət binasına daş, butulka və yumurta atmağa başlaması və təhlükəsizlik qüvvələrinin binanı mühasirəyə almasından sonra başlayıb.
Toqquşmalar nəticəsində ölənlərin olduğu qeyd edilir.
QAZİLER.AZ