Moskva Mərkəzi Klinik Xəstəxanasında müalicə alan Çeçenistan rəhbəri Ramzan Kadırovun əmisi Maqomed Kadırov artıq sağalır.
Qaziler.az rusiya mətbuatına istinadən bildirir ki, bu barədə sentyabrın 20-də xəstəxanada olarkən respublika rəhbərinin özü danışıb.
“Moskvaya işgüzar səfərim zamanı ilk fürsətdə Mərkəzi Klinik Xəstəxanaya baş çəkdim və orada onu yaxşı əhval-ruhiyyədə gördüm. Hətta xəstəxana çarpayısında da yaxşı əhval ruhiyyədə idi və böyük ailəmizin üzvlərinə əmr vermək fürsətini əldən vermir”, – Kadırov Telegram kanalında yazır.
Belə ki, Kadırov xəstəxanaya yerləşdirilməsi ilə bağlı internetdə yayılan şayiələri təkzib edib. O qeyd edib ki, indi oxucular hansı mediaya etibar etməli olduğunu başa düşə bilirlər.
Çeçenistan rəhbəri Mərkəzi Klinik Xəstəxanada həkimlərin peşəkarlığını da vurğulayıb.
QAZİLER.AZ