İran hakimiyyəti Azərbaycan və Ermənistana bütün reysləri, həmçinin bu ölkələrdən respublikaya uçuşları ləğv edib.
Bu barədə onun Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxş məlumat verib.
“Regiondakı xüsusi vəziyyətlə əlaqədar və NOTAM-a (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) uyğun olaraq, İran və Ermənistan, eləcə də İran və Azərbaycan Respublikası arasında bütün uçuşları bu gündən etibarən növbəti xəbərdarlığa qədər ləğv edilir”, - deyə o bildirib.
Mənbə: TASS