Paşinyan Blinken və Makrona zəng edib

Paşinyan Blinken və Makrona zəng edib backend

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinken telefonla Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

“Baş nazir Nikol Paşinyan ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb. Söhbət zamanı Qarabağdakı vəziyyət müzakirə edilib”, - məlumatda deyilir.

Həmçinin, mətbuat xidməti Paşinyanın Fransa Prezidenti Emmanuel Makrona da zəng etdiyini açıqlayıb. 

Diaspora