Danimarka Ukraynaya 15 modernləşdirilmiş T-72EA tankı və 30 Leopard 1 tankı verməyə razılaşıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Danimarkanın müdafiə naziri Troels Lund Poulsenə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu yardım ölkənin ötən həftə Ukraynaya ayırdığı 5,8 milyard Danimarka kronu (təxminən 830 milyon dollar) dəstəyinin bir hissəsidir.
Hazırda Danimarka artıq Ukraynaya 11,2 milyard Danimarka kronu (təxminən 1,6 milyard dollar) verib.
QAZİLER.AZ