Ərdoğan BMT-nin 78-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edib

Ərdoğan BMT-nin 78-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edib backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və nümayəndə heyəti ABŞ-də səfərdədir.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə "TRT Hber" məlumat yayıb.

Nyu-Yorkun Con Kennedi Beynəlxalq Hava Limanında Ərdoğanı Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sedat Önal, Vaşinqtondakı səfiri Hasan Murat Mercan və Nyu-York baş konsulu Reyhan Özgür qarşılayıb.

Ərdoğan ABŞ-a səfəri çərçivəsində BMT-nin 78-ci Baş Assambleyasına qatılacaq və bəzi görüşlər keçirəcək.

Nümyəndə heyətinə prezidentin xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar, ticarət naziri Ömer Bolat, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və digər rəsmi şəxslər daxildir.

 

 

 

 

Diaspora