Rusiyanı Barnaul şəhərində qadın iki azyaşlı oğlunu öldürərək intihar edib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə sentyabrın 15-də Rusiya İstintaq Komitəsinin Altay Ərazisi üzrə İstintaq İdarəsi məlumat yayıb.
Şəhərin Sənaye məhəlləsindəki yaşayış binalarından birində üç yaşlı uşaq və onun səkkiz aylıq qardaşının meyiti tapılıb.
“Hadisə yerinə baxış zamanı müstəntiqlər uşaqları öldürdükdən sonra yaxınlıqdakı çoxmərtəbəli binaya gedərək öz həyatına son qoyan ananın adından məktub tapıblar”, - deyə idarədən bildirilib.
QAZİLER.AZ