Ukrayna döyüşçüləri Baxmutun cənubunda qismən uğur qazanıb

Ukrayna döyüşçüləri Baxmutun cənubunda qismən uğur qazanıb backend

Ukrayna hərbçiləri cəbhənin iki istiqamətində - Baxmut və Melitopolda hücum əməliyyatlarını davam etdirir. Müdafiəçilər də cəbhənin bəzi sahələrində düşmənin irəliləməsini dayandırıblar.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri Andrey Kovalev telemarafon zamanı məlumat verib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir. İşğalçılar canlı qüvvə və texnika baxımından əhəmiyyətli itkilər verirlər.

Ukrayna Silahlı Qüvvələri eyni zamanda Baxmutun cənubunda hücum əməliyyatları aparır. Müdafiəçilər Donetsk vilayətinin Kleşiyevka, Andreyevka, Kurdyumovka bölgələrində qismən uğur qazanıblar.

QAZİLER.AZ

Diaspora