İstanbulun Esenyurt rayonunda hicablı qadınlara hücum etdiyi müəyyən edilən şübhəli S.J. saxlanılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Esenyurt rayonunda bir qadın naməlum səbəbdən yoldan keçən hicablı qadınlara hücum edib. Şübhəli uşaqlı qadını təqib edərək digər qadına arxadan hücum edib.
Yoldan keçən başqa qadının çadrasını çıxarmağa çalışan şübhəli qadının hücumuna təəccüblənən qadın çətinliklə xilas olub.
Mobil telefon kamerasına düşən hadisə görənləri narahat edib və polisə xəbər verilib.
Xəbər üzərinə hadisə yerində araşdırma aparan polis, şübhəlinin S.J. olduğunu müəyyən etdi.
İstanbul Valiliyinin açıqlamasında bu gün saat Esenyurt Mehterçeşme səmtində ətrafdakı insanlara hücum edən qadınla bağlı araşdırma aparıldığı bildirilib.
Açıqlamada hadisəni törətdiyi müəyyənləşən S.J.-nin psixoloji probleminin olduğu müəyyən edilib.
Hadisə ilə bağlı məhkəmə prosesi başlayıb.
QAZİLER.AZ