İran Aİ diplomatik korpusunun əməkdaşının saxlanıldığını təsdiqləyib

İran Aİ diplomatik korpusunun əməkdaşının saxlanıldığını təsdiqləyib backend

“İranda saxlanılan İsveç vətəndaşı İslam Respublikası ərazisində cinayət törədib, onun işi məhkəməyə göndəriləcək”.

"Report" IRNA-ya istinadən xəbər verir ki, bunu İranın Ədliyyə Nazirliyinin rəsmisi Məsud Setayeşi mətbuat konfransında deyib.

“O, İran İslam Respublikası ərazisində cinayətlər törətməkdə ittiham olunub. Həmin şəxs barəsində hüquqi qərar çıxarılıb və o, həbsxanaya göndərilib. İstintaq yekun mərhələdədir. Yaxın günlərdə prokurorluğun yekun qərarından sonra iş müvafiq məhkəməyə göndəriləcək”, - o qeyd edib.

Daha əvvəl Avropa İttifaqı və İsveçin Avropa İttifaqı (Aİ) diplomatik korpusunda işləyən İsveç vətəndaşı Yohan Fluderusun İranda həbsinin bir ildən artıq müddətdir gizlədildiyi bildirilirdi. Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel qeyd etmişdi ki, təşkilatın rəsmiləri İran nümayəndələri ilə diplomatik görüşlər zamanı onun azad edilməsinə nail olmağa çalışırlar.

Diaspora