Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Apa xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Onun sözlərinə görə, liderlər Ermənistan-Türkiyə münasibətlərini və regional məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı Paşinyan və Ərdoğan uzunmüddətli sülhün və sabitliyin regionun bütün ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcəyini vurğulayıblar. Onlar eyni zamanda, qeyd ediblər ki, bu istiqamətdə diplomatik səylərini davam etdirəcəklər.