Ərdoğan Yaponiyanın baş nazirini qəbul edib

Ərdoğan Yaponiyanın baş nazirini qəbul edib backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 Liderlər Zirvəsi üçün gəldiyi Hindistanın paytaxtı Yeni Dehlidə Yaponiyanın Baş naziri Kişida Fumionu qəbul edib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, Baş nazir Fumio prezident Ərdoğanın qaldığı otelin girişində xarici işlər naziri Hakan Fidan tərəfindən qarşılanıb. Oteldə mətbuata qapalı keçirilən ziyafətdə Fidanla yanaşı, xəzinə və maliyyə naziri Mehmet Şimşək, MİT sədri İbrahim Kalın, Prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, prezidentin baş məsləhətçiləri səfir Akif Çağatay Kılıç və Zəfər Çubukçu da iştirak edib.

 

 

 

 

Diaspora