Qırmızı bülletenlə axtarılan Qazaxıstan vətəndaşı Türkiyədə həbs edildi

Qırmızı bülletenlə axtarılan Qazaxıstan vətəndaşı Türkiyədə həbs edildi backend

Aydının Didim rayonunda "silahlı soyğunçuluq və qəsdən adamöldürmə" maddəsi ilə qırmızı bülletenlə axtarışda olan Qazaxıstan əsilli şübhəli həbs edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Didim rayon Təhlükəsizlik Müdirliyi Mühacir Qaçaqçılığı və İnsan Alveri ilə Mübarizə Qrup Şefi və Asayiş Büro Komandirliyi qrupları Türkiyə vətəndaşlığı üçün müraciət edən şəxs haqqında araşdırma başladıb.

Komandalar, müraciət edən qadının əri C.T.-nin "silahlı soyğunçuluq və qəsdən adamöldürmə" maddəsi ilə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən Qazaxıstan əsilli şübhəli olduğunu müəyyən edib.

Efeler rayonunda bir evdə keçirilən əməliyyat zamanı yaxalanan şübhəli həbs edilib.

QAZİLER.AZ

Diaspora