Daha çoxu yoldadır: Danimarka ilk 10 "Leopard" tankını Ukraynaya təhvil verdi

Daha çoxu yoldadır: Danimarka ilk 10 "Leopard" tankını Ukraynaya təhvil verdi backend

Danimarka, Almaniya və Hollandiyanın hədiyyə etdiyi ilk 10 "Leopard 1" tankı Ukraynaya gəlib, qalanları isə “artıq yoldadır”.

Bu barədə RBC-Ukrayna The Guardian-a istinadən xəbər verir.

Nəşrin yazdığına görə, fevral ayında Danimarka, Almaniya və Hollandiya Almaniya istehsalı olan 100 tankı “yaxın aylarda” Ukraynaya təhvil verəcəklərini bəyan eetmişdirlər.

"İlk 10 tank artıq Ukraynaya göndərilib. Və daha çoxu yoldadır", - Danimarka Silahlı Qüvvələri bildirib.

Qeyd olunur ki, Almaniyadakı Danimarka hərbçiləri Ukrayna əsgərlərinə yuxarıda adı çəkilən tanklardan istifadə etməyi öyrədir.

QAZİLER.AZ

Diaspora