Ermənistan texniki və siyasi səbəblərdən Şimali Atlantika Alyansına üzv ola bilməz.
RBC-Ukrayna News.am-a istinadən xəbər verir ki, bunu parlamentin xarici əlaqələr komissiyasının rəhbəri, baş nazir Nikol Paşinyanın partiyasının üzvü Sarqis Xandanyan deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti heç vaxt Şimali Atlantika Alyansına qoşulmaq arzusunu ifadə etməyib, eyni zamanda, ölkə NATO ilə müxtəlif sahələrdə, xüsusən də təhsil və digər birgə fəaliyyətlər çərçivəsində əməkdaşlığı davam etdirir.
QAZİLER.AZ