Çeçenistan rəhbəri güclü qasırğa barədə məlumat verib - VİDEO

Çeçenistan rəhbəri güclü qasırğa barədə məlumat verib - VİDEO backend

Çeçenistan Respublikasında qasırğa reklam lövhələrini qoparıb, damları uçurub, ağacları və elektrik xətlərini qırıb.

Qaziler.az bildirir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında bildirib.

“Güclü qasırğa Çeçenistan Respublikasını bürüdü. Bəzi yerlərdə yağış və dolu qeydə alınıb... Mən fövqəladə hallar orqanlarına dəymiş ziyanın qiymətləndirilməsi və dərhal nəticələrinin aradan qaldırılmasına başlamağı tapşırmışam”, - məlumatda deyilir.

O, həmçinin qeyd edib ki, artıq müvafiq xidmətlər fövqəladə rejimdə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, hazırda qəzalı binaların və infrastrukturun operativ şəkildə bərpası üçün lazımi tədbirlər görülür, insanlara ünvanlı yardımlar da göstərilir.

Sentyabrın 6-da Qroznıda dolu ilə müşayiət olunan güclü qasırğanın baş verdiyi bildirilir. Bildirilib ki, qasırğa zamanı əsən külək şəhərdə evlərin damlarını uçurub, ağacları qırıb. Təbiət hadisəsi nəticəsində Çeçenistan Respublikasının paytaxtında küçələri su basıb. 

QAZİLER,AZ

Diaspora