Qazaxıstanda bu ilin iyun-avqust ayları ərzində 177 nəfər göl və çaylarda boğulub.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, bu il yayın əvvəlindən vətəndaşların məlumatlandırılmasına və xəbərdarlıq edilməsinə baxmayaraq, iyunun 1-dən avqustun 31-dək 53-ü 18 yaşdan aşağı olmaqla 177 nəfərin suda batdığı bildirilib.
Açıqlamada 51-i uşaq olmaqla 136 nəfərin xilasetmə qrupları tərəfindən suda boğulmaqdan xilas edildiyi də paylaşılıb.
Açıqlamada göl və çaylarda boğularaq həyatını itirənlərin əksəriyyətinin çimmək üçün təhlükəli hesab edilən yerlərdə suya girdiyi bildirilib.
Xatırladılıb ki, ötən ilin eyni dövründə ölkədə 184 nəfər suda boğulub.
QAZİLER.AZ