Rusiya Cənubi Qafqazı tərk etməyə hazırlaşmır - Kremldən Paşinyana CAVAB

Rusiya Cənubi Qafqazı tərk etməyə hazırlaşmır - Kremldən Paşinyana  CAVAB backend

Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları ilə razılaşmır.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağda rusiyalı sülhməramlıların missiyasının uğursuzluğa düçar olması ilə bağlı dediklərini şərh edərkən bildirib.

O qeyd edib ki, Rusiya regiondan getməyə hazırlaşmır və çıxa da bilməz.

“Moskva Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin bu tezislərlə razılaşmaq mümkün deyil. Rusiya Qarabağda təhlükəsizlik təminatçısı rolunu oynamaqda davam edir və öz missiyasını azaltmaq niyyətində deyil”, - deyə Peskov əlavə edib.

 

Qeyd edək ki, Paşinyan İtaliya mətbuatına müsahibəsində Rusiyanın Cənubi Qafqaz regionundan gedəcəyini bildirmişdi.

Diaspora