Kiyevdə guya şəhərdəki bütün ticarət mərkəzləri minalandığı haqda məlumat daxil olub. Hazırda bu məlumat yoxlanılır.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.
"Paytaxt polisinə Kiyevdəki bütün ticarət və əyləncə mərkəzlərinin minalanması barədə məlumat daxil olub. Polis bütün gücü ilə işləyir, zəruri hallarda Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri həmin yerlərə cəlb olunacaq", - Kiyev şəhər hərbi administrasiyasının rəhbəri bildirib.
O əlavə edib ki, sentyabrın 1-də və bu gün, sentyabrın 4-də Kiyevdə bütün məktəblərin bombalanması ilə bağlı polisə yalan məlumatlar daxil olub.
Popkonun sözlərinə görə, Ukrayna polisi, xilasediciləri və Təhlükəsizlik Xidməti bütün lazımi tədbirləri görür.
QAZİLER.AZ