Türkiyə liderinin Vladimir Putinlə görüşündən sonra Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar aparılacaq.
RBC-Ukrayna The Guardian-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Əminəm ki, Ərdoğanın Putinlə söhbətinin nəticəsində Türkiyə lideri ilə Zelenski arasında əlaqə yaranacaq”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
O, həmçinin vurğulayıb ki, Ukrayna və Türkiyə liderləri arasında münasibətlərdə etimad var.
QAZİLER.AZ