Ankara ilə İzmir arasındakı məsafə 3,5 saata enəcək

Ankara ilə İzmir arasındakı məsafə 3,5 saata enəcək backend

Ankara ilə İzmir arasındakı məsafə 14 saatdan 3,5 saata enəcək.

QAZİLER.AZ  Axar.az -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu deyib.

Nazir Ankara-İzmir yüksək sürətli qatar layihəsi ilə bağlı açıqlama verib.

“Eşmə ilə Salihli arasındakı 3 min 47 metr uzunluğundakı "T1" tuneli türk podratçı və mühəndislərinin nəyə nail ola biləcəyini dünyaya göstərdi. Bu tunel iki şəhər arasında səyahət müddətini 3 saat 30 dəqiqəyə endirəcək”, – deyə Uraloğlu bildirib.

O qeyd edib ki, Eşmə ilə Salihli arasındakı uzunluğu 22 min 730 metr olan hissə 25 tunellə xəttin ən çətin hissələrindən biridir və buradakı 25 tuneldən 7-si tamamlanıb.

“T1” tuneli 3 min 47 metr uzunluğu ilə Eşmə-Salihli arasındakı ən uzun və Türkiyədə TBM (tunel açma maşını) ilə açılan ən böyük diametrə sahib tuneldir”, – o bildirib.

 

 

Diaspora