Zəlzələnin vurduğu zərərə baxmayaraq Türkiyənin ixracat səviyyəsini qoruduq.

Zəlzələnin vurduğu zərərə baxmayaraq Türkiyənin ixracat səviyyəsini qoruduq. backend

QAZİLER.AZ  Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Ticarət naziri Ömər Bolat deyib.

Ömər Bolat Türkiyənin Gürcüstanla sərhəd qapısı olan Türkgözü Gömrük Qapısının modernləşdirilməsi və yenidən açılması ilə əlaqədar açılış proqramında iştirak edib.

"Keçən il ixracatımız 254 milyard dollar idi. Bu ilin son 12 ayı etibariylə eyni göstəricilərdəyik. Dünya ticarəti azalıb, lakin zəlzələnin mənfi təsirlərinə baxmayaraq, Türkiyənin ixracat səviyyəsini qoruduq” – deyə Bolat bildirib.

O qeyd edib ki, cəmi 620 milyard dollarlıq ixrac və idxalla xarici ticarətin həyata keçirilən 152 gömrük qapısı idarə olunur.

"İxracımızın 59 faizi dəniz, 31 faizi quru, 8 faizi isə hava yolu ilə həyata keçirilir. Bu o deməkdir ki, avtomobil yollarımızdakı sərhəd keçidlərimizdə çox müasir, sürətli və rəqəmsal rejimdə işləyən gömrük qapılarına ehtiyacımız var." – deyə nazir bildirib.

Bolat şəxsiyyət vəsiqəsi ilə aparılan əməliyyatların Gürcüstanla Türkiyə arasında keçidi sürətləndirdiyini və bunun böyük əhəmiyyət daşıdığını bildirib.

 

 

Diaspora