QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə TOGG öz sosial media hesabında paylaşım edib.
"Avqust ayında istifadəçilərimizə 1965 T10X gətirərək yeni bir rekord qırdıq. Beləliklə, bir ay ərzində 3 ayın ümumi tədarük sayını ötdük” – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
Avtomobil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman, Qətər əmiri Əl-Sani və Birləşmiş Ərəb Əmirlikləri prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təqdim edilib.