Qazaxıstanda bəzi sahələrdə dövlət idarəçiliyini daha da təkmilləşdirmək məqsədilə yeni nazirliklərin yaradılması qərara alınıb.
Qaziler.az xəbər verir ki, Qazaxıstan Rəyasət Heyətindən verilən açıqlamaya görə, prezident Kasım Comert Tokayevin fərmanı ilə ölkədə daha 5 nazirlik yaradılıb.
Bəzi sahələrdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Qazaxıstanın Su Təsərrüfatı və Suvarma Nazirliyi, Qazaxıstan Nəqliyyat Nazirliyi, Qazaxıstan Turizm və İdman Nazirliyi, Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi, Qazaxıstan Sənaye və Tikinti Nazirliyinin yaradılması qərara alınıb.
Qazaxıstan Prezidenti Tokayev parlamentin yeni qanunvericilik ilinin açılış mərasimində ictimaiyyətə müraciətində ölkənin su probleminə diqqət çəkərək, turizm və tranzit potensialından maksimum dərəcədə istifadə etmək üçün yeni hədəflər qoyduqlarını açıqlayıb.
QAZİLER.AZ