Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Xarkov, Xerson və Zaporojye vilayətləri Rusiya Ordusunun hava hücumlarına məruz qalıb.
M.Aslanov Ukrayna müdafiə naziri vəzifəsinə türk əsilli şəxsin gələcəyi ilə bağlı xəbərlərdən də danışıb:
“Aleksey Reznikovun gələn həftə istefaya göndəriləcəyi gözlənilir. Onun yerinə isə Krım tatarı Rüstəm Umarovun təyin olunacağı deyilir. R.Umarov Krım-tatar cəmiyyətinin fəallarından biridir və Türkiyəyə yaxınlığı ilə seçilir”