Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə “TikTok” sosial xidmətini bloklamaq qərarına gəlib.
Buna səbəb kimi departamentə qeyri-hökumət təşkilatlarından “TikTok” sosial şəbəkəsinin uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsiri ilə bağlı şikayətlərin getdikcə artması göstərilib.
Təşəbbüs müəlliflərinin sözlərinə görə, “TikTok”, istifadəçini qısa kliplərin virtual aləminə batırır, yeniyetmələr onlara baxdıqdan sonra bəzilərinin həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışırlar.
Bundan əlavə, bildirilib ki, sosial şəbəkə aludəçiliyə səbəb olmaqla, gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir.
Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin mətbuat xidməti respublikada “TikTok”un fəaliyyətini dayandırmaq üçün təcili tədbirlərin görülməsinin zəruriliyi barədə məktubun daxil olduğunu təsdiqləyib.
Hazırda qurum Mədəniyyət Nazirliyinin müraciətinə baxır.
Mənbə: “Sputnik” Qırğızıstan / Oxu.az