Rusiyanın Pskov vilayətində hərbi aerodromda pilotsuz təyyarənin hücumu nəticəsində iki İl-76 hərbi-nəqliyyat təyyarəsi yanıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Öz növbəsində Pskov vilayətinin qubernatoru Mixail Vedernikov öz “Telegram” kanalında hava limanına pilotsuz təyyarələrlə hücumun olduğunu təsdiq edib.
01:34
Pskov beynəlxalq hava limanı yaxınlığında güclü partlayışlar baş verib.
İlkin məlumata görə, hava limanına Ukrayna pilotsuz uçuş aparatları ilə hücum edib. Hava hücumundan müdafiə qüvvələrinin hədəfləri zərərsizləşdirdiyi bildirilir.
Hadisə şahidləri ərazidə 20-yə yaxın PUA göründüyünü, həmçinin yanğının da baş verdiyini qeyd edirlər. (oxu.az)