Blogerin damda avtomobillə kaskadyorluğu az qala ölümü ilə nəticələnəcəkdi - VİDEO

Blogerin damda avtomobillə kaskadyorluğu az qala ölümü ilə nəticələnəcəkdi - VİDEO backend

Videobloqer Yevgeni Çebotarev Karmadonda (Şimali Osetiya) “Niva” markalı avtomobili ilə damda kaskadyorluq istəyi az qala onun həyatı bahasına başa çatacaqdı.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, avqustun 29-da o, bu barədə özünün İnstaqram səhifəsində  məlumat verib.

Çebotarevin sözlərinə görə, kaskadyorluq zamanı o, çoxsaylı xəsarətlər alıb və ölümdən dönüb.

“Demək olar ki, ölümdən döndüm. Xəstəxanaya gedirəm”, - deyə izləyicilərinə bildirib.

“Niva” ilə manevr videoya çəkilib. Kadrlarda avtomobilin qonşu binanın damına çıxa bilməməsi onun divarına çırpılması əks olunub. Maşın yerə çırpılıb. 

Yevgeni Çebotarev sosial media səhifələrində 600.000-dən çox izləyicisi olan bloger və kaskadyordur. Çebotarev ekstremal kaskadyorlar etdiyi videolar sayəsində məşhurlaşıb.

QAZİLER.AZ

 

Diaspora