“Vaqner”in keçmiş lideri Yevgeni Priqojin Rusiyada gizli dəfn edilib. Onun gizli dəfn mərasimi Rusiya diktatoru Vladimir Putinin qorxusundan xəbər verir.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak Telegram kanalında yazıb.
"Vaqner"in keçmiş rəhbəri Priqojinin gizli dəfn mərasimi Putinin əsl qorxusunun mütləq simvoludur. Hətta Tver səmasında "vaqnerçi"lərin nümayişkaranə şəkildə öldürülməsindən sonra da rus diktatoru real kütləvi etirazlardan qorxur. O, danışıqlardan, tərəddüdlərdən, müqayisələrdən qorxur" deyə bildirib.
Podolyakın sözlərinə görə, Rusiya diktatoru davam edən “reputasiyanın sıfırlanmasından” ehtiyat edir. Prezident Aparatı rəhbərinin müşaviri bildirib ki, Rusiyada baş verən bu cür hadisələr Putinin həqiqətən qorxduğunu göstərir.
QAZİLER.AZ