İstanbulun Büyükçekmece rayonunda sahibindən qaçan meymun 3 nəfəri yaralayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, yaralılardan birinin xəstəxanada müalicəsinin davam etdiyi öyrənilib.
Əldə edilən məlumata görə, axşam saatlarında sahibindən qaçan meymun Fatih Məhəlləsində Yəhya Çavuş küçəsində yoldan keçən qadını, daha sonra isə qoca kişini dişləyib.
Sonra 5 mərtəbəli binanın bağçasına girən meymun ev sahibinə hücum edərək başından xəsarət yetirib.
Daha sonra həmin binanın 2-ci mərtəbəsindəki eyvana tullanan meymun girdiyi mənzilin mebellərini zədələyib. Bu vaxt evdə olan ev sahibi qadın otaqda gizlənərək özünü qoruyub.
Meymun eyvandan tullandıqdan sonra onu axtaran sahibini tapıb və hadisə yerindən uzaqlaşıb.
Hadisə zamanı yaralanan qadının xəstəxanada müalicəsinin davam etdiyi, ayağından dişlənən qocanın isə tetanoz və quduzluq peyvəndi aldıqdan sonra evə buraxıldığı öyrənilib.
Bu arada meymunun küçədə qadını dişlədiyi və girdiyi evdəki əşyalara zərər verdiyi anlar ətrafdakıların mobil telefon kameralarına düşüb.
QAZİLER.AZ
.