Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynanın Aİ-yə daxil olmasını müzakirə edərək ilin sonuna qədər danışıqların baş tutacağına eyham vurub.
Qaziler.az RBK-Ukraynaya istinadən bildirir ki, Ukrayna və Fransa Ukraynanın Avropaya inteqrasiyasını müzakirə ediblər.
Ukrayna ilin sonuna qədər Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq niyyətindədir.
Bu barədə Parisdə fransalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
Nazir vurğulayıb ki, Ukrayna Aİ-yə daxil olmaq üçün qarşısına qoyduğu bir sıra islahatları artıq həyata keçirib. Onun sözlərinə görə, Aİ də bu yöndə müəyyən addımlar atıb.
Bundan əlavə, Kuleba Parisdə Ukraynanın gələcəkdə NATO-ya daxil olmasını da müzakirə edib.
"NATO-nun Vilnüsdəki son sammiti kontekstində biz gələcək addımlardan danışırıq, çünki Ukrayna Aİ və NATO-nun üzvü olmasa, Avropa yaşamaq üçün təhlükəsiz yer olmayacaq", - XİN rəhbəri bildirib.
QAZİLER.AZ