Türkiyə şimali İraqda "Pəncə-Kilit" əməliyyatı bölgəsində şəhid verib.
Qaziler.az bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyi türkiyə ordusunun əsgəri Binyamin Barlıkın şəhid olduğu haqda məlumat yayıb.
Açıqlamada deyilir: "Bizə dərin ağrı və hüznlə yaşadan bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət diləyir, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.
22 yaşlı şəhidin acı xəbəri doğulduğu Bitlisin İçmeli kəndində yaşayan ailəsinə hərbi və mülki qurumlar tərəfindən verilib.
QAZİLER.AZ