Ermənistanda naməlum şəraitdə iki hərbçinin ölməsi ilə başlanan cinayət işinin araşdırılması zamanı hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.
APA xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Məlumata əsasən, dünən yerli vaxtla saat 16:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birində 2 hərbçidən biri əvvəlcə digərini, sonra özünü güllələyib. Qeyd olunub ki, növbətçi əsgər ona təhkim edilmiş AK-74 silahından rütbəcə özündən böyük hərbçini öldürəndən sonra özünü çənəsindən güllələyib.
***
11:39
Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hərbçilər Artyom Haykazyan və Armen Xaçatryan güllə yarasından ölüblər.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, bu ay ərzində Ermənistan ordusunda artıq 6 hərbçi həlak olub.