Ukraynadakı müharibə “tez və bir anda” bitəcək. Belə olan halda çətin ki, hər kilometri qanla almaq lazım gəlsin, çünki müəyyən şərtlər altında “hadisələr başqa görünüş alacaq”.
Qaziler.az "RBK-Ukrayna"ya istinadən bildirir ki, bu fikri Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Asan olmayacaq, lakin Ukraynanın ərazisinin hər qarışını qanla geri qaytaracağına inanmaq sadəlöhvlük olar. Biz cənuba doğru irəlilədikcə və Ukrayna qüvvələri Krımla inzibati sərhədə çatdıqca hadisələr başqa cür alacaq. Nəhayət hər şey başladığı kimi tez və bir anda da bitəcək", - deyə o, bildirib.
Podolyakın fikrincə, fakt ondan ibarətdir ki, Putinin bütün daxili legitimliyi Rusiya elitasının onun “hələ müharibəni uduzmadığı” inamına əsaslanır.
QAZİLER.AZ