Onlara qarşı düşmənçiliyimiz yoxdur, amma...

Onlara qarşı düşmənçiliyimiz yoxdur, amma... backend

Həm prezident, həm də parlament seçkilərində 56 faizə yaxın səs toplamaq şansımız oldu. Amma son vaxtlarda qarışıqlıqlar baş verdi.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bunu Səadət Partiyasının sədri Temel Karamollaoğlu Türkiyədəki son seçkilərlə bağlı danışarkən deyib.

O bildirib ki, “Altılı masa”da bir çox partiya sədrləri vitse-prezidentliyə namizəd oldular:

“Bununla yanaşı, bələdiyyə sədrləri də (red- Əkrəm İmamoğlu və Mənsur Savaş) ortaya çıxdı. Bizim bu bələdiyyə sədrlərinə qarşı heç bir düşmənçiliyimiz yoxdur, amma bu doğru qərar deyildi. Bundan başqa, ittifaq olaraq mitinqlərə gedəndə 7 nəfər birdən danışırdı. Artıq bu, təcrübəsizlikdən qaynaqlanırdı. Heç vaxt belə bir addım atılmamışdı. Mitinqlərdə 2 və ya 3 nəfər danışmalıdır. Yeddi nəfər heç vaxt danışmamalı idi. Çatışmazlıqlarımız, səhvlərimiz var idi. Və belə bir nəticə ilə qarşılaşmalı olduq”.

 

 

 

Diaspora