Rusiya əhalisi, xüsusən də Ukraynaya hücum qərarının verildiyi Moskva “əziyyət çəkməlidir”. Qoy ruslar əslində müharibənin nə olduğunu görsünlər.
Qaziler.az bildirir ki, bu barədə “Azadlıq” radiosuna müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov deyib.
O vurğulayıb ki, ukraynalı uşaqlar, qadınlar və qocalar düşmən hücumlarına görə daim gizləndikləri halda, Ukraynaya hücum qərarının verildiyi Moskvada ruslar öz evlərində özlərini rahat hiss etməməlidirlər.
"Yeri gəlmişkən, bu, ədalətlə bağlıdır. Müharibə həmişə ədalətlə bağlıdır. Və tanrı hər şeyi öz yerinə qoyacaq. Və yalnız bizim uşaqlarımız əziyyət çəkməməlidir, insanlar əziyyət çəkməlidir. Qoy onlar da eyni əziyyəti çəksinlər, görsünlər ki, müharibə nədir", - deyə Danilov bildirib.
O qeyd edib ki, müharibə Rusiyaya 2022-ci il fevralın 24-dən sonra, diktator Vladimir Putinin Ukraynaya genişmiqyaslı işğala başladığını elan edəndən sonra başlayıb.
"Rusiyalılara daha güclü təzyiq göstərilməlidir ki, onlar başa düşsünlər ki, bu gün Ukrayna ərazisində baş verənlərə görə ümumi məsuliyyət daşıyırlar. Müharibə Rusiyaya da gələcək. Onlar özləri bu müharibəni oraya çağırıblar", - deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vurğulayıb.
QAZİLER.AZ