"Ukrayna Silahlı Qüvvələrinin cənub cəbhəsində əks hücumu davam edir. Döyüşlər asan deyil, çünki düşmən yaxşı silahlanıb, amma hərbçilərimiz irəliləməyi bacarır".
RBC-Ukrayna xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar milli telemarafonun efirində deyib.
"Cənubda bir neçə istiqamətdə hücum əməliyyatı davam edir. Nəticə göz qabağındadır: biz irəliləyirik, düşmən yox. Silahlı Qüvvələrimiz düşmənin müdafiə potensialını ciddi şəkildə azaldır", - Malyar bildirib.
Onun sözlərinə görə, işğalçılar güclü müdafiə xəttinə malik olmasına baxmayaraq, onlar nə irəliləyə, nə də digər planlarını həyata keçirə bilmirlər.
QAZİLER.AZ