İstanbulda isti hava şəraiti gölü səhraya çevirib - FOTO

İstanbulda isti hava şəraiti gölü səhraya çevirib - FOTO backend

Türkiyədə Kəmərburqaz Kənd Meşəsində yerləşən və Alibey çayına bağlı olan göl tamamilə quruyub.

Qaziler.az DHA-ya istinadla xəbər verir ki, bölgədə istilərin iqlim normasından yüksək olması, qışda yağıntıların az düşməsi çaylara təsirsiz ötüşməyib.

Belə ki, İstanbulda yerləşən Alibeyköy su anbarının şimalında yerləşən Kəmərburqaz Kənd Meşəsindəki göl tamamilə quruyub. Ərazi az qala səhraya çevrilib, göldən əsər-əlamət qalmayıb.

Hətta tamamilə qurumuş göldə qoyun-keçilər otarmağa başlayıb. Gölün quruması ölkədə narahatlığa səbəb olub.

QAZİLER.AZ

Diaspora