Avqustun 23-də Rusiyanın S-400 "Triumf" zenit-raket kompleksi müvəqqəti işğal olunmuş Krımda məhv edilib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Teleqramına istinadən xəbər verir.
“2023-cü il avqustun 23-də səhər saat 10:00 radələrində müvəqqəti işğal altında olan Krımın Tarxankut burnunda Olenevka kəndi yaxınlığında partlayış baş verib və Rusiyanın S-400 “Triumf” uzaq və orta mənzilli zenit-raket sistemi məhv edilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, partlayış nəticəsində qurğunun özü, onun üzərində quraşdırılan raketlər və şəxsi heyət tamamilə sıradan çıxıb.
QAZİLER.AZ