İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanalara yerləşdirildiyi bildirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İranın Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəhbəri Mecid Muhibbi qum fırtınası ilə bağlı məlumat verib.
Muhibbi, "120 günlük küləklər içərisində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfər xəstəxanalara müraciət edib. Onlardan 64-ü xəstəxanaya yerləşdirilib", - deyib.
Bölgədə qum fırtınasının bir həftə davam edəcəyinin gözlənildiyini dilə gətirən İran rəsmisi insanlara, xüsusilə xəstələrə, uşaqlara və qocalara lazım olmadıqca evdən çölə çıxmamağı və maskalardan istifadə etməyi tövsiyə edib.
Zehekdə görmə məsafəsinin 300 metrə, Zabulda isə 700 metrə qədər azaldığı bildirilir.
QAZİLER.AZ