Prezident Ərdoğandan terrorçulara: "Onların qarşısında başqa yol yoxdur" - VİDEO

Prezident Ərdoğandan terrorçulara:  "Onların qarşısında başqa yol yoxdur" - VİDEO backend

"Terrorçular ya tövbə edib türk ədalətinə təslim olacaqlar, ya da dövlətimizin dəmir yumruğu ilə üzləşəcəklər. Onların qarşısında başqa yol yoxdur" deyib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Jandarm və Sahil Mühafizə Akademiyasının keçirdiyi tədbirdə çıxışı zamanı deyib.

Yalan və təbliğatla aldanaraq dağlara qaçırılan gənclərin sayının gündən-günə azaldığını bildirən Ərdoğan: "Terror təşkilatlarında iştirak tarixin ən aşağı səviyyələrinə düşüb. Diyarbəkirli anaların cəsur müqaviməti, 1450 gün davam edən, separatçı təşkilatın əsl üzünün görünməsinə şərait yaratdı. İndiyə qədər 45 nəfər separatçı terror təşkilatından qaçaraq ailələrinə qayıdıb. Son 2,5 ayda 32 terrorçu inandırılaraq təslim oldu", - deyib.

Önümüzdəki günlərdə bu rəqəmlərin artacağına inandığını ifadə edən Ərdoğan:

"Türkiyə sonda mütləq terror bəlasından qurtulacaq. Nə İŞİD-lə mübarizə pərdəsi altında verilən tır dolu silahlar, nə də böyük qardaşlarından aldığı dəstək terrorçuları gözləyən acı taleyin qarşısını ala bilməyəcək. Bir daha mən ölkəmizin və bölgəmizin gələcəyində heç bir terror təşkilatına yer olmadığını ifadə etmək istəyirəm.Terrorçular ya tövbə edib türk ədalətinə təslim olacaqlar, ya da dövlətimizin dəmir yumruğu ilə üz-üzə gələcəklər. Onların qarşısında başqa yol yoxdur".

QAZİLER.AZ

Diaspora